İdman 18:51 19.12.2023

Suarez Neymar haqda: "Ən yaxşı olmaq istəyirdisə..."

Uruqvay milisinin üzvü Luis Suarez sabiq komanda yoldaşı Neymarla bağlı fikirlərini bölüşüb.

Qaynarinfo-nun məlumatına görə, Suarez niyə futbolçunun ən yaxşı ola bilməməsinin səbəblərini açıqlayıb. Uruqvaylı hücumçu "Clank"a açıqlamasında, Neymarın "Barselona"dan PSJ-yə getməsinin səhv addım olduğunu bildirib: "Çox yaxşı dost idik və "Barselona" üçün gözəl işlər görürdük. Birimiz yaxşı oynamayanda digər ikisi fərq yaradırdı. Möhtəşəm bağ qurmuşduq. Ona PSJ-yə getməsinin səhv addım olduğunu söylədim. Neymar ən yaxşı olmaq istəyirdisə, Lionel Messinin yanında qalmalı idi. Ancaq o fərqli qərar verdi və "Barselona"da böyük boşluq yaratdı".

Hazırda zədəli olan və 2024/2025 mövsümündə yaşıl meydanlara qayıdacağı gözlənilən Neymar "Barselona"dan PSJ-yə rekord qiymətə - 222 milyon avroya transfer olunmuşdu. Ancaq Fransa klubunda o heç də "Barselona"dakı kimi oynaya bilmədi.
 
Hücumçu ötən yay PSJ-dən Səudiyyə Ərəbistanı klubu "Al-Hilal"a getdi.

Səbuhi Həsənov