Xəbər lenti

Şübhəli paketə toxunan 10 nəfər xəstəxanalıq oldu
Dünya07:31 05.08.2017

Şübhəli paketə toxunan 10 nəfər xəstəxanalıq oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Kanzas bölgəsindəki vergi idarəsinə göndərilən şübhəli paketə toxunan 10 nəfər xəstəxanaya yerləşdirilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, paketə toxunan vergi idarəsinin 10 nəfər işçisində ürəkbulanma, baş gicəllənməsi və qusma halları müşahidə edilib və onlar dərhal xəstəxanaya yerləşdirilib.

Hadisədən xəbər tutan polis paketi izolyasiya edib və təhlükəsizlik tədbirləri təmin edilib.

Paketdə nə olduğu və kim tərəfindən göndərildiyi barədə hələlik bir məlumat verilməyib.

Gülşən

Qaynarinfo.Az