Xəbər lenti

Dünya 14:42 18.07.2022

Sudanda hökumət əleyhinə etirazlar davam edir

Sudan xalqının hökumətin tamamilə mülki şəxslərə təhvil verilməsi tələbi ilə ölkənin müxtəlif bölgələrində kütləvi nümayişləri davam edir.

Qaynarinfo bu barədə TRT-yə istinadən xəbər verir.

Məlumata görə, Sudanda dünəndən başlayaraq müxtəlif şəhərlərdə, xüsusilə Xartumun mərkəzində, Omdurman və Bəhridə, hökumətin tam mülki əhalinin əlinə keçməsi üçün ümummilli nümayişlər keçirilir.

Əllərində Sudan bayrağı tutan minlərlə etirazçı "İqtidar xalqa” və "Mülki hökumət istəyirik” kimi şüarlar səsləndirərək, mülki hökumətin qurulmasını tələb ediblər.

Sudan təhlükəsizlik qüvvələri ölkə paytaxtının mərkəzində etirazçılara gözyaşardıcı qazdan istifadə edərək hücum edib.

Qeyd edilir ki, ötən il oktyabrın 25-dən etibarən Sudanın müxtəlif bölgələrində hərbçilərin mülki hökumətin işlərinə qarışmasına qarşı nümayişlər, demək olar ki, hər gün keçirilir.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->