Afrika ölkəsi Sudanda nəhəng qızıl ehtiyatı kəşf edilib.
Qaynarinfo xəbər verir ki, ölkənin neft və mədən naziri Əzhər Abdulqadirin sözlərinə görə, illik 7 ton istehsal potensialına sahib qızıl yatağı tapılıb.
Qeyd edək ki, 2011-ci ildə Cənubi Sudanın müstəqilliyini elan etməsi Sudanın neft gəlirlərində ciddi azalmaya səbəb olub. Qızıl istehsalı ölkənin gəlirlərində əhəmiyyətli yer tutur. Sudan 2017-ci ildə 105 ton, ötən il isə 78 ton qızıl istehsal edib.
Gülşən