Xəbər lenti

Sudanda nümayişlər qadağan edildi
Dünya06:25 26.02.2019

Sudanda nümayişlər qadağan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sudan prezidenti Ömər Əl Bəşir ölkədə nümayiş və tətilləri qadağan edib.
Qaynarinfo xəbər verir ki, ölkə rəhbəri 4 qərarnamə qəbul edib. Yeni qərarlara görə, nümayişlər qadağan edilir, təhlükəsizlik əməkdaşlarına şəxsləri axtarmaq, qanunsuz yer, əşya və pulu ələ keçirmək hüququ verilir. Dövlət, xalq və konstitusiya əleyhinə yazılar qadağan edilir. 3 min dollardan çox xarici valyuta daşımağa artıq icazə verilməyəcək.
Qeyd edək ki, Sudanda 2 aydan çoxdur hökumət əleyhinə nümayişlər davam edir. Ömər Əl Bəşir ötən günlərdə hökuməti istefaya göndərərək 1 il müddətinə fövqəladə vəziyyət elan edib.
Gülşən