Sudan ordusu devrilmiş baş nazir Abdalla Hamduqu vəzifəsinə qaytarmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bunu Ümmə Partiyasının rəhbəri Fadlallah Burma Nasir "Reuters" agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Hamduq müstəqil texnokratlar kabineti yaradacaq və bütün siyasi məhbuslar hərbi və mülki siyasi partiyalar arasında razılaşmaya əsasən azad ediləcək.
Danışıqlardan xəbəri olan mənbə bildirib ki, Suveren Şura sazişi elan etməzdən əvvəl bazar günü təcili iclas keçirəcək.
Xəyal