Xəbər lenti

Süleyman Dəmirəl ittiham olunur
Dünya10:19 25.09.2013

Süleyman Dəmirəl ittiham olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

28 fevral işi üzrə iddiaçı vəkillər keçmiş prezident Süleyman Dəmirələ qarşı ittiham ərizəsi veriblər.

Bu iş üzrə ittiham olunanların sayı 103-dür. Onları "Türkiyə Respublikası hökumətini məcburi olaraq devirməkdə iştirak"da təqsirləndirirlər.

Ankara 13-cü Ağır Cəza Məhkəməsindəki prosesə hazırda təcridxanada saxlanılan və saxlanılmayan müttəhhimlər, ittiham olunanların yaxınları və vəkillər qatılır.

Vəkillərdən Mustafa Polat Ərzurum 4-cü Ağır Cəza Məhkəməsi vasitəsilə keçmiş prezident Süleyman Dəmirəl haqqında ittiham ərizəsi göndərib.

 Daha bir ərizə göndərən Polat təqsirləndirilən şəxslərə "peşmanlıq qanunundan faydalanmaq istəyib-istəmədiklərini" barədə sual verilməsini tələb edib.