Xəbər lenti

Süleyman Dəmirələ sui-qəsd edən şəxs öldü
Dünya12:25 25.09.2013

Süleyman Dəmirələ sui-qəsd edən şəxs öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirələ sui-qəsd cəhd edən İbrahim Gümrükçüoğlu dünən gecə dünyasını dəyişib.

Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 1996-cı il 18 may tarixində sabiq prezident Süleyman Dəmirələ sui-qəsd etməyə cəhd edən İbrahim Gümrükçüoğlu uzun müddətdir ki xəstəxanada müalicə alıb.

Xatırladaq ki, 1996-cı il 18 may tarixində ticarət mərkəzində keçirilən tədbir zamanı İbrahim Gümrükçüoğlu üstündəki silahı çıxararaq sabiq prezidenti vurmaq istəyib. Bu zaman S.Dəmirəlin yanında olan köməkçisi Şükrü Çukurluoğlu silahlını zərərsizlədirməyə çalışarkən qolundan güllə yarası alıb. O yaralı vəziyyətdə Süleyman Dəmirəlin müdafiə edərək onu polis idarəsinə aparıb.

O zaman prezident kürsüsündə əyləşən S.Dəmirələ qarşı sui-qəsdə cəhd edən İbrahim Gümrükçüoğlu isə həbs edilib. Ağıl və psixolaji problemləri olan İbrahim Gümrükçüoğlu həbsdən azad edilərək Ruhi əsəb dispanserinə yerləşdirilib. Gümrükçüoğlu həmin xəstəxanada dünən geçə dünyasını dəyişib.

Qaynar.info