Xəbər lenti

Süleyman Soylu bütün dünyanın ABŞ-a nifrət etdiyini bildirdi
Dünya10:36 19.04.2023

Süleyman Soylu bütün dünyanın ABŞ-a nifrət etdiyini bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, Avropa ABŞ-dan asılı vəziyyətə düşüb. Onun fikrincə, ABŞ "etibarını itirməkdə davam edir” və "bütün dünya tərəfindən nifrət qazanır”. 
Qaynarinfo xəbər verir ki, bu fikirləri Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri İstanbulda gənclərlə görüşü zamanı deyib. "Anadolu” onun sözlərindən sitat gətirir.
"Avropa deyə bir şey yoxdur. Bu barədə düşünməyin. Amerika var. Avropa Amerika karvanında bir qatardır”, - deyə Süleyman Soylu bildirib.
Agentlik yazır ki, türkiyəli nazir çıxışı zamanı həmçinin "Amerika etibarını itirməkdə davam edir və bütün dünya ona nifrət edir, - deyə qeyd edib. - Avropa Amerikanın Afrikadakı piyadasıdır, bütün Afrika dövlətləri onları istismar edən ölkələrə nifrət edir”.
Süleyman Soylu Türkiyədə prezident seçkilərinə hazırlıq fonunda gənclərlə Avropa və Amerika demokratiyasının problemlərini müzakirə edərkən belə açıqlamalar verib. Ölkədə prezident seçkiləri mayın 14-də keçiriləcək.
Nizami Bağırov