Xəbər lenti

Süleymani haqda məlumatları ötürən İran vətəndaşı edam ediləcək
Dünya11:02 09.06.2020

Süleymani haqda məlumatları ötürən İran vətəndaşı edam ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ ordusu tərəfindən öldürülən İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı genral Qasım Süleymani barədə məlumatları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və MOSSAD-a ötürən Məhəmməd Musəvi Məcd barəsində edam qərarı çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İran Məhkəmə Hakimiyyətinin sözçüsü Qulam Hüseyn Möhsün açıqlama verib. O, Məcdin ABŞ və İsrailə cəsusluq etdiyini və Süleymaninin yeri barədə məlumatları bu ölkələrin kəşfiyyat qurumlarına ötürdüyünü bildirib:
"O, CİA və MOSSAD-a cəsusluq edirdi. ABŞ-dan aldığı dollarlar qarşılığında İnqilab Keşikçiləri və xüsusən də Qüds Qüvvələri haqda məlumatları CİA ilə bölüşürdü. Bu şəxsin general Qasım Süleymaninin yeri haqda məlumatları CİA-yə verdiyi dəqiqləşdi. Barəsində edam hökmü çıxarıldı və qısa müddətdə yerinə yetiriləcək".
Qeyd edək ki, Qasım Süleymani bu il yanvarın 3-də Bağdad Beynəlxalq Hava Limanından ayrıldıqdan sonra ABŞ qüvvələrinin hücumuna məruz qalmış və həyatını itirmişdi. Faktla bağlı cinayət işi açılmış, İraqda da bu sui-qəsddə əli olan bir neçə nəfər saxlanılmışdı.
Camal