Xəbər lenti

Süleymani ilə vida mərasiminə yüz minlərlə insan iştirak edir (FOTO/YENİLƏNİB)
Dünya08:59 05.01.2020

Süleymani ilə vida mərasiminə yüz minlərlə insan iştirak edir (FOTO/YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Əhvaz şəhərində İraqda öldürülən general Qasım Süleymani ilə vida mərasimi keçirilir.
Qaynarinfo xəbər verir ki, mərasimdə yüz minlərlə insan iştirak edir.
Generalla vidalaşmaq üçün toplananların "ABŞ-a ölüm” şüarları səsləndirdiyi qeyd olunur.
11.04
ABŞ hərbi qüvvələrinin öldürdüyü İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) "Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin cənazəsi İrana gətirilib.
Qaynarinfo İSNA-ya istinadən xəbər verir ki, Əhvaz şəhərində generalla vida mərasimi keçirilir.
Onunla vida mərasimi daha sonra Məşhəd şəhərində, sabah isə paytaxt Tehranda keçiriləcək. Yanvarın 7-də isə Qasım Süleymani doğulduğu Kirman əyalətində dəfn ediləcək.