Xəbər lenti

Süleymaninin dəfnində qızı Zeynəb ABŞ-a “qara günə hazır olun” dedi
Dünya08:32 06.01.2020

Süleymaninin dəfnində qızı Zeynəb ABŞ-a “qara günə hazır olun” dedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynəb atasının dəfn mərasimində ABŞ və İsrailə törətdikləri əmələ görə baş verəcək hadisələrlə bağlı xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, bu haqda "Röyter” məlumat yayıb.
"Dəli Tramp, düşünmə ki, atamın ölümüylə hər şey başa çatdı”, - Zeynəb deyib.
Süleymaninin qızı ABŞ və İsrailin qara günlərinin başlandığını da sözlərinə əlavə edib.
Qeyd edək ki, bir qədər əvvəl Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Suleimani ilə vida mərasimi başlayıb.