ABŞ-ın general Süleymanini öldürməsindən sonra cənazə mərasimində ağlayan İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə bir zərbə də sosial şəbəkə nəhəndi "Twitter"dən gəlib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, "Twitter" Xamneyinin rəsmi hesabında qaydalara zidd davranışlar müəyyən etdiyini əsas göstərərək, hesabı müvəqqəti bloklayıb. Məsələ ilə bağlı ətraflı açıqlama verilməyib.
Sosial şəbəkə nəhənginin bu qərarı İranın Ukrayna Hava Yollarına aid sərnişin təyyarəsini səhvən raketlə vurması etirafından dərhal sonra gəlib.
Qeyd edək ki, Süleymaninin öldürülməsindən sonra yanvarın 6-da Tehranda cənazə mərasimi təşkil olunmuşdu. Yüz minlərlə insanın qatıldığı mərasimdə Xamneyi də iştirak etmiş və göz yaşlarını saxlaya bilməmişdi.
Camal