Xəbər lenti

Sülh sazişi Rusiyada imzalanacaq? (ŞƏRH)
Siyasət11:43 18.01.2024

Sülh sazişi Rusiyada imzalanacaq? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Lavrovun sözlərində heç bir yenilik yoxdur. Sadəcə olaraq, həmin fikri yüksək tribunadan pafosla elan etməkdə müəyyən məqsəd güdür. Azərbaycan deməyib ki, müqaviləni Rusiya və yaxud Qərbdə heç zaman imzalamayacağam. Bakı sadəcə bildirib ki, risklərdən sığortalanmaq üçün ikitərəfli razılaşma variantı daha üstündür”. 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakının İrəvanla sülh müqaviləsini Rusiya ərazisində imzalamağa hazır olduğu barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
Arrif Əliyev bildirib ki, istənilən halda belə məsələlərdə Azərbaycanın rəsmi açıqlaması olmayana qədər hər hansı bir informasiyanı son həqiqət kimi qəbul edə bilmərik:
"Müqavilənin harada imzalanmasına gəldikdə, Bakı dəfələrlə bəyan edib ki, istənilən platformada onu imzalamağa hazırdır. Yəni prosesdə kimlərsə iştirak edə bilər. Amma  Azərbaycanın üstünlük verdiyi variant ikitərəfli  razılaşmadır. Daha yaxşı olar ki, müqavilə sərhəd bölgəsində, ya da Tiflisdə imzalansın. Bu o demək deyil ki, Azərbaycan bütün digər təkliflərdən birmənalı olaraq imtina edir. Bütün variantlara hazırıq, ancaq ikitərəfli razılaşmağa üstünlük veririk. Son vaxtlar İrəvanın da buna meyl etdiyini hiss edirik. Bu həm ekspertlərin, həm də hakim partiyanın aparıcı şəxslərinin çıxışlarında hiss olunur. Amma hələlik Paşinyanın dilindən belə fikirlər açıq şəkildə səslənməyib”. 
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında Azərbaycanın Ermənistanla sülh müqaviləsini Rusiya ərazisində imzalamağa hazır olduğu anonsunu verib:
"İrəvanın buna nə dərəcədə hazır olduğu isə məlum deyil”.
Rüfət Sultan