“El Hərəkatının yaradılması ictmai-siyasi aktivliyin, passiv kəsimin təşkilatlanması istiqamətində atılan addımdır”.
Bunu Qaynar.info-ya Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər “EL” Hərəkatının yaradılmasına münasibət bildirərkən deyib.
Hərəkatın fəaliyyətinə gəlincə, ACP sədri deyib ki, hərəkatın fəaliyyətinə qiyməti zaman verəcək: “İndidən bunu demək tezdir. Hərəkatın fəaliyyətini qiymətləndirmək üçün bir qədər gözləməyə ehtiyac var”.
S.Əkbər “Müxalifətin geniş koalisiyası “EL” Hərəkatının tərkibində yarana bilərmi” sualına belə cavab verib: “Mən bunu düşünmürəm. "EL" Hərəkatının tərkibində müxalifətin geniş koalisiyası yaradıla bilməz. Mənə elə gəlir ki, müxalifətin geniş koalisiyasının yaradılması mövcud qurumlardan hansınınsa tərkibində olması problematik məsələdir. Yəqin ki, daha geniş formata ehtiyac var”.
Qeyd edək ki, martın 12-də Rüstəm İbrahimbəyovun ideya müəllifi olduğu “EL” Hərəkatının təqdimat mərasimi keçirilib.
İlkin
Qaynar.info