İndoneziyanın Sumatra və Yava adalarında baş verən 6,8 ballıq zəlzələ tələfata səbəb olub.
Qaynarinfo Today Online-a istinadən xəbər verir ki, təbiət hadisəsi azı bir nəfərin ölümü, dörd nəfərin yaralanması ilə nəticələnib. Güclü təkan 34 evi və çox sayda yaşayış binasını dağıdıb. Təxminən min nəfər sığınacaqlara yerləşdirilib.
Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilmişdi.
Gülşən