İndoneziyanın Sumatra adasında yerləşən Sinabunq yanardağı püskürüb.
Qaynarinfo Straits Times-a istinadən xəbər verir ki, vulkandan qalxan duman və kül 2 000 metrə qədər yüksəlib. Təbiət hadisəsi hələlik ətrafda məskunlaşan insanlara və hava nəqliyyatına ciddi təsir göstərməyib.
Qeyd edək ki, Sinabunq 400 il sonra 2010-cu ildə yenidən fəaliyyətə başlayıb. 2014 və 2016-cı illərdə baş verən püskürmə 23 nəfərin həyatına son qoyub.
Gülşən