
"Onun komadan çıxması belə möcüzədir"
Ötən ilin sonunda xizək sürərkən başını qayaya çırpan və uzun müddət komada olan alman avtopilot Mixail Şumaxer əlil ola bilər. ANS PRESS-in məlumatına görə, bunu isveçrəli nevroloq Erik Riederer deyib. "Şumaxer artıq yatalaq qalacaq və həyatı boyu baxıma möhtac olacaq. Onun beynində fəsad var".
Onun sözlərinə görə, Şumaxerin yaxın 3 ayda özü otura, 6 ayda isə sərbəst əlil arabası idarə edə bilsə bu uğur olacaq.
Həkim Şumaxerin aylarla qaldığı komadan çıxmasını belə möcüzə kimi qiymətləndirir.
Xatırladaq ki, M.Şumaxer 2013-cü il dekabrın 29-da Fransada xizək sürərəkən yıxılıb və başı qayaya çırpılıb.