Xəbər lenti

Şumaxerin boyu 14 sm qısalıb
İdman15:20 08.10.2017

Şumaxerin boyu 14 sm qısalıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

4 il əvvəl Alp dağlarında xizək sürərkən yıxılandan sonra həyatına süni tənəffüs cihazı və həkimlərin nəzarəti altında davam edən məşhur F1 pilotu Mixail Şumaxerin son vəziyyəti açıqlanıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, əfsanəvi pilotun boyunun 14 sm qısaldığı və 1.74 sm-dən 1.60 sm-ə düşdüyü barədə məlumat verilib. 

Son olaraq isə Şumaxerin çəkisinin 45 kq olması barədə xəbər yayılmışdı.

Qeyd edək ki, pilotun ailəsi ötən ay Mixail Şumaxerin müalicəsini ABŞ-da davam etdirmək qərarı verib.

Pilotun yaxınları qəzadan sonra onun fotolarının mediada yayımlanmasına qəti olaraq qarşı çıxır və bu günə qədər 1 foto belə yayımlanmayıb.

Gülşən

Qaynarinfo.Az