Xəbər lenti

"Sumqayıt" Abasova görə AFFA-ya müraciət etdi
İdman07:11 15.11.2022

"Sumqayıt" Abasova görə AFFA-ya müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sumqayıt" Samir Abasova görə AFFA-ya apellyasiya şikayəti verib.
Bu barədə klubun mətbuat katibi Rəşad Məmmədov Qaynarinfo-ya məlumat verib. Onun sözlərinə görə klub tərəfindən AFFA-ya ötən həftə apellyasiya şikayəti ünvanlanıb və Abasovun cəzasının azaldılması istənilib.
AFFA-nın İntizam Komitəsinin son iclasında mütəxəssislə bağlı sərt qərar qəbul olunmuşdu. Qərara əsasən 13-cü turda Sumqayıtda baş tutan "Neftçi" ilə qarşılaşmada Abasov oyunun rəsmi şəxsini təhqir etdiyi üçün 5 oyunluq cəzalandırılmışdı. "Sumqayıt" isə 4000 manat məbləğində cərimələnmişdi.
Səbuhi Həsənov