"Sumqayıt"ın Antalya toplanışı çərçivəsində yoxlama oyunları keçirəcəyi rəqiblərinin adına aydınlıq gəlib.
Qaynarinfo-nun məlumatına görə, sumqayıtlılar yanvarın 12-də Rumıniya klubu "Hermanştadt", ayın 16-da isə Özbəkistan təmsilçisi "Soqdiana" ilə qarşılaşacaq.
"Sumqayıt" mövsümün ikinci yarısı üçün hazırlıqlarını 6-17 yanvar tarixləri arasında Türkiyənin Antalya şəhərində keçirəcək.
Səbuhi Həsənov