"Sumqayıt”ın yarımmüdafiəçisi Vüqar Mustafayev əməliyyat olunub.
Qaynarinfo-nun məlumatına görə, sağ dizdə zədəyə bağlı yaranmış osteofit çıxıntılar səbəbindən cərrahi müdaxiləyə ehtiyac duymuş futbolçunun əməliyyatı Bakıdakı özəl klinikaların birində baş tutub və uğurlu keçib.
Vüqar Mustafayevin iki ay ərzində yenidən yaşıl meydanlara dönməsi gözlənilir.
Səbuhi Həsənov