Xəbər lenti

"Sumqayıt" yeni məşqçi ilə müqavilə imzaladı
İdman16:57 18.08.2020

"Sumqayıt" yeni məşqçi ilə müqavilə imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib
Qaynarinfo xəbər verir ki, klub ispaniyalı mütəxəssis Jerar Merino Elqarrista ilə anlaşıb.
Onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Sumqayıt" Avropa Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gələcək. Avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək matç saat 20:00-da başlanacaq.