Xəbər lenti

Sumqayıtda yeni doğulmuş körpəni zibil qabına atdılar
Ölkə19:00 06.07.2021

Sumqayıtda yeni doğulmuş körpəni zibil qabına atdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sumqayıtda zibil qabından yeni doğulmuş qız uşağı tapılıb.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Yaşıldərə” yaşayış massivində qeydə alınıb.
Belə ki, sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edilib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Körpənin vəziyyəti hazırda kafidir.
Faktla bağlı araşdırma aparılır.