Xəbər lenti

Süni intellekt müharibələrin gedişatına əsaslı təsir göstərəcək - Mark Milli
Dünya 10:40 05.07.2023

Süni intellekt müharibələrin gedişatına əsaslı təsir göstərəcək - Mark Milli

Pentaqon gələn ay süni intellekt, kvant hesablamaları və robototexnikadan istifadəni əhatə edən uzunmüddətli modernləşdirməyə dair yeni doktrinanı yekunlaşdıracaq.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Millli Milli mətbuat klubunda çıxışı zamanı bildirib

General vurğulayıb ki, çətinliklərdən biri gələcəkdə istənilən genişmiqyaslı müharibənin qarşısını almaq üçün ABŞ ordusunun hədsiz üstünlüyünü qorumaqdan ötrü texnologiyanı optimallaşdırmaqdır.

Mark Milli həmçinin yaxın 10-15 il ərzində dünyanın ən müasir hərbi qüvvələrinin təxminən üçdə birinin robotlaşdırılmış olacağını proqnozlaşdırır.

Onun sözlərinə görə, robototexnika bu gün artıq hər bir ordunun mühüm komponentlərinə çevrilən PUA-larda, ekipajsız dəniz gəmilərində və quru nəqliyyat vasitələrində artan rol oynayacaq. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->