Prinston universitetinin (Amerika) alimləri bioelektron qulağın prototipini hazırlayıblar.
Qaynar.info ict.az-a istinadən xəbər verir ki, əsl qığırdaq toxuması və miniatür antenadan ibarət yeni cihaz insana radiodalğaları eşitmək imkanı verir. Layihənin əsas məqsədi elektronikanın köməyi ilə qulağın funksiyalarını genişləndirən tamfunksiyalı süni orqan yaratmaqdır.
“Computerworld” jurnalının məlumatına görə, toxuma mühəndisliyinin hazırki inkişaf səviyyəsi qulağı adi üsulla “yetişdirməyə” icazə vermədiyindən, tədqiqatçılar 3D-çapından istifadə etmək qərarına gəliblər. Alimlər iddia edirlər ki, 3D-nin köməyilə canlı toxuma və elektron komponentləri birləşdirmək daha asandır. Qaynar.info