Xəbər lenti

Sünni imamcümədən rəsmi Tehrana xəbərdarlıq - Zorakılığı dayandırın
Dünya12:16 01.11.2022

Sünni imamcümədən rəsmi Tehrana xəbərdarlıq - Zorakılığı dayandırın

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Zahidan şəhərinin sünni imamcüməsi Mövləvi Əbdülhəmid ölkə rəhbərliyini repressiyalara son qoymağa çağırıb və xəbərdarlıq edib. 
Qaynarinfo xəbər verir ki, hökumət qüvvələrinin 22 yaşlı Məhsa Əmininin polis bölməsində ölümü ilə bağlı keçirilən aksiyalarda zorakı davranışı və etirazçıların həbsini pisləyən Mövləvi Əbdülhəmid artıq xalqın cana doyduğunu bəyan edib. "Xalq məmurların fəaliyyətindən bezib deyə, gücə və süngüyə əl atmalıyıq?”,-  deyə o, İran rəhbərliyini bu davranışdan imtina etməyə çağırıb. "Siz düşünmürsünüz ki, gələcəkdə bu insanlarla yaşamalı olacaqsınız?!”, - imamcümə sual edib.
Mövləvi Əbdülhəmid həmçinin Zahidanda cümə namazına basqınla bağlı tədbir görülməsini bir daha dilə gətirib.
Məlumat üçün deyək ki, Məhsa Əminin ölümü ilə bağlı aksiyaların davam etdiyi bir vaxtda Bəlucistanın yüksək rütbəli polis əməkdaşı bəluclu bir qıza təcavüz edib. Bu hadisə Bəlucistanın ayağa qalxmasına səbəb olub. Hətta bəzi iddialara görə, həmin polis əməkdaşı öldürülüb.
Bəluclu qızın təcavüzə məruz qalmasını rəsmi şəkildə ilk dəfə Mövləvi Əbdülhəmid təsdiqləyib və hökumətdən tədbir görülməsini tələb edib.
Sentyabrın 30-da isə olayla bağlı Məkki məscidində aksiya təşkil olunub. Hökumət qüvvələri aksiyaya sərt müdaxilə edib. Bəzi məlumatlara görə, aksiya iştirakçılarından 90 nəfər öldürülüb. 
Hadisədən sonra Bəlucistan polisinin rəhbərliyi istefaya göndərilsə də, insanlar onların sərt şəkildə cəzalandırılmasını tələb edir.
Blucistan sünnilərin kompakt yaşadığı bölgədir. Bu baxımdan, hökumətin bu vilayətə diqqəti azdır. Orada yaşayan insanlar sosial-iqtisadi çətinliklərlə yanaşı, diskrimnasiya ilə də üz-üzədir. Mövləvi Əbdülhəmid bir neçə dəfə bununla bağlı İranın Ali rəhbəri Ayətullah Üzma Seyid Əli Xamneyiyə məktub ünvanlasa da, sünnilərə qarşı ayrı-seçkilik hələ də İranın dövlət siyasətinin tərkib hissəsi kimi qalır.
Seyid