Xəbər lenti

Super Liqada Azərbaycan əsgərlərinə dəstək - FOTOLAR
İdman11:26 05.04.2016

Super Liqada Azərbaycan əsgərlərinə dəstək - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün startı verilən Azərbaycan Super Liqasında final mərhələsinin oyunları 1 dəqiqəlik sükutla başlanıb. "Report"un məlumatına görə, 3-cü yer uğrunda "Azəryol"la "Lokomotiv" komandaları meydana pankardlar və hərbi geyimdə çıxıblar.

Bu zaman "Lokomotiv" voleybolçularının hərbi geyimdə olmaları diqqət çəkib. Onların əlində "Nagorno-Karabakh belongs to Azerbaijan" ("Dağlıq Qarabağ Azərbaycana məxsusdur") pankardı olub. "Azəryol"un voleybolçuları kiçik bayraqlarla və "Biz ordumuzla fəxr edirik" yazılmış parkardlarla olub. Komandanın məşqçilər heyəti hərbi formada meydana çıxıb. Qarşılaşmadan öncə 1 dəqiqəlik sükut elan olunub və Azərbaycanın dövlət himni səsləndilrilib.

Qaynar.info