Türkiyə Superliqa təmsilçisi "Çaykur Rizespor"un yeni baş məşqçisi müəyyənləşçib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi Bülənt Qorxmazla 1,5 illik müqavilə imzalayıb.
Sonuncu dəfə "Alanyaspor"u çalışdırmış veteran futbolçu "Çaykur Rizespor"un bu mövsüm ərzindəki 3-cü baş məşqçisi olub. Özü isə mövsüm ərzində ikincidəfə iş yerini dəyişib.
"Qalatasaray"ın əfsanəsi 2009-2010 mövsümündə Azərbaycanda "Bakı" futbol klubunu da çalışdırıb.
Səbuhi Həsənov