Xəbər lenti

Superliqa matçında azarkeş dünyasını dəyişdi (FOTO)
İdman10:05 14.02.2022

Superliqa matçında azarkeş dünyasını dəyişdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Superliqasının 25-ci turu çərçivəsində baş tutan "Trabzonspor" - "Konyaspor" maçında xoşagəlməz hal yaşanıb.
Qaynarinfo xəbər verir ki, Trabzon təmsilçisinin Eyüp Yusuf adlı azarkeşi matç zamanı infarkt keçirərək dünyasını dəyişib. "Trabzonspor"un "Konyaspor"u məğlub etdiyi görüşdə Sevimli komandasını dəstəkləmək üçün Akyazı stadionuna gedən tərəfdarın komandasının ilk qolundan sonra qəfil halı pisləşib. Stadionda həkimlərin ilkin tibbi yardımından sonra xəstəxanaya aparılsa da üç uşaq atasının həyatını xilas etmək mümkün olmayıb.
Oyundan sonra klubun prezideni Əhməd Ağaoğlu dünyasını dəyişən tərəfdarın yaxınlarına başsağlığı verib. KLubun adından da başsağlığı mesajı yayımlanıb.
Səbuhi Həsənov