Xəbər lenti

Supermarket rəhbərləri nazirlikləri dialoqa çağırdı - VİDEO
Ölkə12:23 21.05.2016

Supermarket rəhbərləri nazirlikləri dialoqa çağırdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ANS televiziyasının "Beşbarmaq" verilişində pərakəndə satış sektorunun nümayəndələri ilə sahənin problemləri, son zamanlar pərakəndəçilərin ƏDV ilə ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciəti əsasında gündəmə gələn məsələlər müzakirə olunub. Qaynarinfo.az xəbər verir ki, pərəkandə satış sektorunun nümayəndələri, müstəqil ekspertlər mövzu ilə bağlı fikirlərini səsləndirib. 
Əlavə dəyər vergisinin əvvəllər də olduğunu deyən verilişin aparıcısı Ulvira Qarayeva ƏDV ilə bağlı problemin nə üçün gündəmə bu gün gəlməsinin səbəbini soruşub. "Fresko" və "Səbət" supermarketlər şəbəkəsinin baş direktoru Kamran Eyyubov bildirib ki, onların müraciəti narazılığı ifadə etmir, bu, sadəcə dialoqa çağrışdır: 
"Uzun müddətdir ki, biz - bütün şəbəkələr çətinliklər yaşayırıq. İstəyimiz ondan ibarət idi ki, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və pərəkəndəçilər ümumi bir dialoq keçirək. Biz mağazalara külli miqdarda kapital qoyuruq. Çoxlu sayda işçilərimiz var. Bizdə bilavasitə işləməyib, dolayısı yolla şəbəkələrdə işləyən işçilər var. Biz çətinik yaşayırıq və qeyri-rentabelli bir biznes mühitindəyik. Bununla bağlı çağırış etdik. Bilavasitə kənd təsərrüfatı məhsulları ilə və əlavə dəyər vergisindən azad olan məhsullarda problemlərimizin olduğunu, müyyən güzəştin olmağını xahiş etmişdik. Məqsədimiz bir işçi qrupun yaradılması və hər bir tərəfin qalib gələ biləcəyi bir ortamın yaradılması idi". 
Qaynarinfo.az