Xəbər lenti

Süpürgəçi 1.5 kq qızıl tapdı və... qaytardı - FOTO
Dünya05:05 23.05.2014

Süpürgəçi 1.5 kq qızıl tapdı və... qaytardı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Adıyaman şəhərində süpürgəçi olan Abuzər Çelik iş vaxtı yoldan 1.5 kq qızıl tapıb. ANS PRESS-in məlumatına görə, Çelik 130 000 lirə (49 000 AZN) qiyməti olan qızılı zərgərlər palatası vasitəsilə sahibinə çatdırıb.

Məlumata görə, yolu süpürərkən tapdığı qutunu zibil arabasına atan A. Çelik daha sonra açdığı qutunun içində qızıl olduğunu görüb. Çelik tapdığı qızılı yaxınlıqda olan polis bölməsinə aparıb, burda isə hadisə barədə zərgərlər palatasına xəbər verilib.

Hadisə yerinə gedən palata nümayəndəsi qızılları müəyyən etdiyi sahibinə çatdırıb. Qızılların sahibi isə süpürgəçi A. Çelikə 2 üzük hədiyyə edib.

Hadisə barədə danışan Abuzer Çelik ehtiyac sahibi olsa da, haram olduğu üçün qızılları götürmək barədə düşünmədiyini deyib.

İşlədiyi podratçı şirkət isə dürüst hərəkətinə görə A. Çelikə 3 gün istirahət verib.

Qaynar.info