Xəbər lenti

Suriya BMT-nin qərarına riayət edəcək
Dünya04:52 30.09.2013

Suriya BMT-nin qərarına riayət edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bəşər Əsəd: "Kimyəvi silahların qadağan edilməsi əslində bizim istədiyimiz bir qərardır"

'Kimyəvi silahları məhv etmək bizim niyyətimiz idi". Bu sözləri Suriya prezidenti Bəşər Əsəd İtaliya televiziyası "Rai News 24"-ə müsahibəsində deyib. Əsəd BMT-də Suriya silahlarının zərərsizləşdirilməsinə dair qəbul edilən qətnaməni qiymətləndirib.

O, BMT bu qərarı verməmişdən öncə, özləri kimyəvi silahların əldə edilməsi və istifadəsini qadağan edən razılaşmanı imzalayıb.

'2003-cü ildə BMT Təhlükəsizlik Şurası Yaxın Şərqi bu tip silahlardan təmizlənməsini məsləhət görmüşdü. Bizim bütün bu şərtlərə əməl etməyimizin lazımlılığı açıqdır. Bu, əslində bizim istədiyimiz bir şeydir. Qərarla bağlı deyil. Doğurdanda bu bizim niyyətimiz idi".

Əsəd Suriyanın BMT-nin qərarına riayət edəcəklərini deyib.


Qaynar.info