"Yeni Şafak nəşrinin məlumatına görə, yeni Suriya hökuməti Türkiyəyə Palmira şəhərində böyük bir hərbi baza verib. Baza ölçülərinə görə Almaniyadakı ABŞ-ın Ramşteyn bazası ilə müqayisə edilir”.
Qaynarinfo xəbər verir ki, bu haqda politoloq Rizvan Hüseynov yazıb.
"Türkiyə bütün böyük gücləri, o cümlədən BMT-ni məlumatlandırıb və bildirib ki, ona qarşı hər hansı aqressiya aktı güc yolu ilə cavablandırılacaq.
Tarix boyu Palmira şərqdən qərbə və şimaldan cənuba uzanan karvan yollarının kəsişməsində yerləşib.
Bu hadisə ən çox İsraili narahat edib.
İsrail mətbuatı və analitikləri Türkiyənin Suriyada mövcudluğunun İsrail üçün təhlükə yaratdığını qeyd edirlər. Onların fikrincə, Ankara istənilən vaxt şimaldan Palmira bölgəsinə qoşun yeridə bilər və bununla da Türkiyənin regiondakı gücü daha da artacaq.
İsrail mediasında Türkiyənin genişlənməsinin qarşısını almaq üçün ABŞ-la danışıqlar aparılmasının vacibliyi vurğulanır. Həmçinin Rusiyadan Türkiyəyə qarşı balanslaşdırıcı qüvvə kimi istifadə olunması variantı müzakirə edilir. Bu kontekstdə Suriyada mövcud olan Rusiya hərbi bazalarının qorunub saxlanmasının vacibliyi təklif olunur”, - o qeyd edib.
Alpər
Şərhlər