Suriyanın hökumət qüvvələri Qara Hornet-3 mikro-İHA-nı ələ keçirə bilib.
Qaynarinfo "Directorate-4” Telegram-kanalına istinadla xəbər verir ki, onlar mikro İHA-nı bir neçə gün əvvəl Əl-Hasakə əyalətində əldə ediblər.
Onların dünyanın ən kiçik hərbi İHA-sını hansı şəraitdə əldə etmələri barədə məlumat verilmir.
Bu İHA növünün Birləşmiş Ştatların Dəniz Qoşunları tərəfindən istifadə edildiyi məlumdur.
Xatıladaq ki, Qara Hornet Nano (PD-100 Black Hornet Nano) - vertolyot tipli mikro İHA dünyadakı ən kiçik hərbi drondur.
Prox Dynamics tərəfindən hazırlanıb. 2012-ci ilin əvvəlində onun tam istehsalına başlanılıb. 2014-cü ilə qədər 100-dən çox cihaz istehsal edilib. İngiltərə Müdafiə Nazirliyi silahlı qüvvələri üçün 160 dəst PD-100 Qara Hornet (bir kompleks üçün iki cihaz) sifariş verərək 31 milyon dollar dəyərində müqavilə imzalayıb.
Qara Hornet Nano burnunda yerləşən iki CCTV kamerası ilə təchiz edilib. Aparatın idarəetmə məntəqəsinə məlumat ötürülməsi real vaxt rejimində aparılır. Uzunluğu təxminən 100 mm, eni 25 mm, rotorun diametri isə 100 mm-dir. Onun ümumi çəkisi təxminən 18 qramdır. Ekrandan başqa bütün dəst 1,3 kq ağırlığında. 5 m/s sürətlə, 8 m/s-yə qədər küləklə uça bilər. Maksimum uçuş müddəti 1 kilometrə qədər olan məsafədə 25 dəqiqədir. Kompleks 2,5 saat uçuşların yerinə yetirilməsini təmin edir.
Alpər
<iframe width="640" height="360" src="https://www.youtube.com/embed/4o7mRg74qcY" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">