
Suriya ordu rəhbərliyi İsrailə məxsus bir hərbi təyyarə və bir pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Qaynarinfo.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Suriya dövlət informasiya agentliyi SANA hadisənin sentyabrın 13-nə keçən gecə, İsrail tərəfinin əl-Kuneytra bölgəsində Suriya ordusunun mövqelərinə zərbə endirərkən baş verdiyini bildirib. Pilotların taleyi barədə xəbər verilmir.
İsrail tərəfi hələlik hadisəni təsdiqləməyib.
Qaynarinfo.Az