Xəbər lenti

Suriya ordusu İsrail təyyarəsini vurdu
Dünya06:54 21.02.2013

Suriya ordusu İsrail təyyarəsini vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriya ordusunun Livan sərhədindəki Deyr əl-Aşair bölgəsində İsrailə aid pilotsuz təyyarəni vurduğu bildirilir.

Qaynar.info-nun məlumatına görə, Suriya dövlət televiziyasının verdiyi xəbərdə şahidlərin Suriya hərbçilərinin raketlə israilə aid pilotsuz təyyarəni vurduğu deyilib.

Livan mətbuatında da Deyr əl Aşaib bölgəsi yaxınlığında SAM tipli raketin hissələrinin tapıldığı bildirilib. Eyni zamanda qeyd olunub ki, İsrailə aid 1 pilotsuz təyyarə və 4 hərbi döyüş təyyarəsi günün müxtəlif saatlarında Livan hava məkanını pozublar.

Qaynar.info