Xəbər lenti

"Suriya qəssabı" general Surovikin vəzifəsindən qovuldu
Dünya15:07 22.08.2023

"Suriya qəssabı" general Surovikin vəzifəsindən qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ordu generalı Sergey Surovikin Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) komandanı vəzifəsindən azad edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə rusiyalı jurnalist Aleksey Venediktov Rusiya Müdafiə Nazirliyinin sərəncamına istinadən öz "Telegram" kanalında yazıb.
"Surovikin HKQ komandanı vəzifəsindən azad edilsin, Müdafiə Nazirliyinin sərəncamında saxlanılsın (sərəncam)", deyə jurnalist yazıb.
Rusiya Müdafiə Nazirliyi hələlik general Surovikinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı məlumatı şərh etməyib.
Qeyd edək ki, general Surovikin 31 oktyabr 2017-ci il tarixdən Rusiya Hava-Kosmik Qüvvələrinin (HKQ) komandanı vəzifəsini tutur. Rusiya Federasiyasının Qəhrəmanıdır. 2021-ci ildə Ordu generalı ali hərbi rütbəyə sahib olub. 
Rusiyanın Ukraynaya təcavüzü səbəbindən o, Avropa İttifaqı, Böyük Britaniya və bir sıra digər ölkələrin beynəlxalq sanksiyaları altındadır. "Vaqner” özəl hərbi şirkətin qiyamından sonra qeyr-rəsmi olaraq tutduğu vəzifəsindən kənarlaşdırılıb. "Suriya qəssabı” və "General Armageddon” kimi tanınır. 
Nizami Bağırov