Xəbər lenti

Suriya səfiri Rusiyadan sığınacaq istədi
Dünya22:41 14.04.2025

Suriya səfiri Rusiyadan sığınacaq istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Rusiyadan sığınacaq istəyib.
Bu barədə "Report” TASS-a istinadən xəbər verir.
"Suriya səfiri Rusiyadan sığınacaq istəyib”, – adı açıqlanmayan mənbə agentliyə bildirib.
Daha əvvəl Cəfərinin Dəməşqə geri çağırıldığı və Suriyanın Rusiyadakı diplomatik missiyasının rəhbərinin dəyişdirilməsi ilə bağlı məlumatlandırıldığı məlum olmuşdu.