Xəbər lenti

Suriya Türkiyənin vurduğu helikopterilə bağlı açıqlama yaydı
Dünya04:18 17.09.2013

Suriya Türkiyənin vurduğu helikopterilə bağlı açıqlama yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriya Baş Qərargah İdarəsi Türkiyə tərəfindən helikopterinin vurulmasına aydınlıq gətirib. Açıqlamada helikopterin türk qırıcıları tərəfindən vurulduğu təsdiqlənib. Məlumata görə, Suriyaya məxsus kəşfiyyat helikopteri Türkiyə sərhəddində gizlənən terrorstləri izləyərkən radarlardan itib. Helikopter yaranmış texniki nasazlıq səbəbi ilə qısa müddət Türkiyə hava məkanına keçib. Lakin pilotlar dərhal geri qayıdıblar. Türk hava qüvvələri tərəfindən atəş açılan helikopter Suriya ərazisində düşüb.

Ordudan verilən açıqlamada helikopterin hərbi vəzifədə olmadığı bildirilib. Onun qısa zamanda vurulması isə Ərdoğan hökumətinin Suriyaya qarşı tutduğu düşmən mövqe ilə əlaqələndirilib.

ANS Press