Xəbər lenti

Suriya üçün "Kosovo modeli"
Dünya07:49 26.08.2013

Suriya üçün "Kosovo modeli"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyadakı kimyəvi silah qətliamından sonra "kimyəvi silahlardan istifadə qırmızı xəttimizdir" deyən Obama administrasiyasını hərəkətə gətirib. 

Qaynar.info xəbər verir ki, ABŞ prezidenti Barak Obama hərbi müşavirlərinə Suriyaya müdaxilə üçün "Kosovo modeli" üzərində işləmək təlimatını verib. 

ABŞ-ın "New York Times" qəzeti bildirib ki, "Kosovo modeli" hazırda Ağ Evdə üzərində dayanılan seçimdir. 

Bu arada ABŞ-ın Asiyadakı təyyarədaşıyan gəmisi və 4 destroyeri Aralıq dənizinə göndərilib. Pentaqonun Suriyaya həmin döyüş gəmiləri vasitəsilə "Cruise" raketi ilə hücum edəcəyi bildirilir. 

Bundan başqa Aralıq dənizindəki "USS Mahan" təyyarədaşıyan gəmisinin xidməti vaxtı da uzadılıb. 

Qeyd edək ki, 1999-cu ildə NATO mülki əhalini qorumaq məqsədilə Seriyaya 78 gün davam edən hərbi müdaxilə etmişdi. Eyni model 8 min müsəlmanın serblər tərəfindən soyqırıma məruz qaldığı 1991-1995-ci illərdə Bosniya-Hersoqovinada tətbiq etmişdi. 

Qaynar.info