Dəməşq çərşənbə günü, iyulun 20-də Kiyevlə "qarşılıqlı" şəkildə diplomatik əlaqələri kəsəcəyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Suriyanın rəsmi xəbər agentliyi olan SANA ölkənin Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən
yazıb.
"Suriya Ərəb Respublikası Ukrayna hökumətinin qərarına cavab olaraq qarşılıqlılıq prinsipi əsasında Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib".
"Ukrayna hökuməti 2018-ci ildən Suriyanın Kiyevdəki səfirliyində çalışan suriyalı diplomatların yaşayış vizalarını uzatmaqdan imtina etdikdən sonra Suriya ilə əlaqələri praktiki olaraq kəsib”, - agentlik əlavə edib.
Dəməşqin Ukraynanın şərqində özünü elan etmiş respublikaların müstəqilliyini tanıdığını elan etməsindən sonra Ukrayna bu il iyunun sonunda Suriya ilə diplomatik əlaqələri kəsib.
Ukrayna prezidenti Volodimir Zelenski təxminən bir ay əvvəl Bəşər Əsəd hökumətinin separatçı Luqansk və Donetsk respublikalarının regionlarının müstəqilliyini tanımaq qərarından sonra bu ölkə ilə diplomatik əlaqələri kəsmək barədə sərəncam verib.
M.Arif