Xəbər lenti

Suriya və İraqda nə qədər terrorçu var: BMT-nin rəsmi rəqəmi
Dünya11:29 08.02.2020

Suriya və İraqda nə qədər terrorçu var: BMT-nin rəsmi rəqəmi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT baş katibinin müavini, Təşkilatın Terrorla Mübarizə İdarəsinin rəhbəri Vladimir Voronkov Suriya və İraqda 20-27 min arası terrorçunun olduğunu açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, o, İŞİD-in hələ də transmilli terror təhlükəsinin nüvəsi olaraq qalır.
"Biz ayıq qalmalı və bu pisliyə qarşı mübarizədə birləşməliyik. İŞİD öz potensialını canlandırmaq və bərpa etmək cəhdlərini davam etdirir... Təşkilatın regional hüceyrələri yerli problemlərdən istifadə edərək münaqişə zonalarında yenidən təşkilatlanmaq və bərpa olunmağa çalışırlar”, - Voronkov Təhlükəsizlik Şurasındakı çıxışı zamanı deyib. Onun fikrincə, onlar həm yaxın, həm də uzunmüddətli perspektivdə təhlükə yaratmağa davam edəcəklər.