Xəbər lenti

Suriya Xarici İşlər Naziri Moskvaya səfər edəcək
Dünya04:14 06.09.2013

Suriya Xarici İşlər Naziri Moskvaya səfər edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyanın Xarici İşlər Naziri Vəlid Müəllim gələn həftə Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. Rusiya Xarici İşler Nazirliyindən verilən məlumata görə suriyalı nazirin Moskvada rus həmkarı Sergey Lavrovla görüşü planlaşdırılır. Açıglamada iki ölkə nazirlərinin Suriyada son vəziyyəti müzakirə edəcəyi ifadə edilib.

Ekspertlər Suriyalı nazirin Moskvada “Əgər ABŞ Suriyaya hücum edərsə Moskvanın onu hara qədər dəstəkləməyə davam edəcəyi” sualına cavab axtarmağa çalışacağını deyirlər.

Qeyd edək ki, ötən gün Sankt Peterburgda başlayan “G-20” sammitində Suriya məsələsi də liderlərin başlıca müzakirə mövzuları arasındadır. // ANS Press