Xəbər lenti

Suriya XİN-dən xəbərdarlıq
Dünya11:00 09.09.2013

Suriya XİN-dən xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Suriyaya hərbi zərbəsi Suriyadakı münaqişənin siyasi yolla tənzimlənməsinə dair 2-ci Cenevrə beynəlxalq konfransının keçirilməsinə əngəl ola bilər.
Anspress xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Valid əl-Müəllim Moskvada rusiyalı həmkarı Serqey Lavrovla görüşündə deyib.

"Biz artıq bir neçə dəfə Dəməşqin ikinci Cenevrə konfransında heç bir ilkin şərt olmadan iştirak etməyə hazır olduğunu qeyd etmişik. İndi bu dəqiqə də hazırıq. Amma Amerika aqressiyasından sonra nə olacağını bilmirəm. Ola bilər ki, raket atılsın və bu konfransın keçirilməsini əngəlləsin." - deyə, suriyalı nazir bildirib.

Valid əl-Müəllimin sözlərinə görə, onun Moskva səfərinin məqsədi Suriyaya hərbi müdaxilənin qarşısını almağın yollarını rusiyalı həmkarlarla müzakirə etməkdir. Serqey Lavrov isə Moskvanın ikinci Cenevrə konfransının çağrılması istiqamətində təşəbbüslərini davam etdirəcəyini vurğulayıb.

"Rusiya Suriya məsələsində öz tərəfindən hər hansı bir siyasi "razılaşmanı" rədd edir. Rusiyanın apardığı siyasətlə əlaqədar, Suriya xalqının arxasından heç bir razılaşma əldə edilə bilməz. Bundan sonra da belə olacaq." - Serqey Lavrov belə deyib.

Suriyanın xarici işlər naziri Valid əl-Müəllim həmçinin Serqey Lavrov vasitəsilə Bəşər Əsədin Rusiya prezidenti Vladimir Putinə G20 sammitindəki Suriya mövqeyinə görə minnətdarlığını də çatdırıb.

Qaynar.info