
Əl Qaidə təşkilatının qanadı olan Əl Nusra Cəbhəsi 3 kürd döyüşçüsünü diri-diri yandırıb.
Qaynar.info xəbər verir ki, Əl Nusra döyüşçüləri əsir götürülmüş kürdlərin gözlərini bağladıqdan sonra üzərlərinə benzin tökərək diri-diri yandırıblar. Dəhşətli anı isə kameraya çəkiblər.
İranın Press TV kanalı Türkiyə sərhədi yaxınlığındakı Rakka şəhərində əsir götürülmüş 3 kürd silahlısı haqqında əvvəlcə ölüm hökmü çıxarılıb.
Daha sonra onların üzərlərinə benzin tökərək yandırıblar.
Qaynar.info