Xəbər lenti

Suriyada 3 türk əsgəri yaralanıb
Dünya18:08 04.11.2016

Suriyada 3 türk əsgəri yaralanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda yaralanıb.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

İŞİD-in nəzarəti olduğu ərazilərdən türk hərbçilərinin olduğu bölgə qumbaraatanlardan atəşə tutulub, digər ərazi isə raketlərdən atəşə tutulub. Nəticədə 3 əsgər yaralanıb, onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.

Bölgədə əməliyyatlar davam edilir. Qeyd edək ki, “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.(apa)

Qaynarinfo.Az