Xəbər lenti

Suriyada atəşkəs elan edilən bölgələrin sayı artır
Dünya14:10 24.07.2017

Suriyada atəşkəs elan edilən bölgələrin sayı artır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya müdafiə nazirliyi Suriyanın İdlib şəhərində atəşkəs elan edildiyini açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, may ayında Rusiya, Türkiyə və İranın qəbul etdiyi atəşkəs bölgəsi barədə razılaşma yavaş-yavaş qüvvəyə minir. 

Şənbə günü şərqi Quta bölgəsində qüvvəyə minən qərarın ardından suriyalı müxaliflərin nəzarətində olan İdlibdə də atəşkəs elan edilib.

Qeyd edək ki, 2016-cı ilin dekabrında bölgəyə Hələb şəhərindən müxaliflər və onların ailələri gətirilmişdi.

Gülşən

Qaynarinfo.Az