Xəbər lenti

Suriyada atəşkəsin başlama tarixi dəqiqləşdi
Dünya17:39 22.02.2016

Suriyada atəşkəsin başlama tarixi dəqiqləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada atəşkəs haqqında saziş fevralın 27-də qüvvəyə minəcək.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Qətərin "Əl-Cəzirə" telekanalı verib. Telekanal isə öz növbəsində Rusiya ilə ABŞ arasında razılaşdırılmış sənədi əsas gətirir.

"Rusiya-Amerika sazişində qeyd olunur ki, Suriyada atəşkəs rejimi fevralın 27-si gecə yarısı qüvvəyə minir", - agentlik belə xəbər verir.

Qeyd olunur ki, hərbi fəaliyyət tamamilə dayandırılmayacaq. Atəşkəs haqqında saziş İŞİD və "Əl-Qaidə"nin Suriya filialı olan "Cebhat-ən-Nüsra" terror təşkilatlarına şamil olunmur.

Qaynar.info