Xəbər lenti

Suriyada daha 27 azərbaycanlı öldürüldü - VİDEO
Dünya11:32 19.02.2014

Suriyada daha 27 azərbaycanlı öldürüldü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada öldürülən azərbaycanlılarla bağlı yeni videogörüntü yayılıb.

APA-nın Suriyada vuruşan silahlı qruplaşmalara məxsus saytlara istinadən verdiyi məlumata görə, video görüntülərdə Suriyanın Şam bölgəsində öldürülən 27 azərbaycanlının fotosu əks olunub. Həmin görüntülərdəki şəxslərdən bir neçəsinin ölüm xəbəri Azərbaycan mətbuatında getsə də, əksəriyyəti indiyədək yayımlanmayıb.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Qaynar.info